Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

İranda sabahdan iş saatları dəyişdirilir 

Sabahdan etibarən İranda iş saatları sentyabrın 5-dək dəyişdiriləcək. Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 5-dən ölkədə iş saatları 06:00-dan 13:00-a qədər olacaq.

Məlumata görə, havanın temperaturunun, enerji istehlakının artması səbəbindən və elektrik enerjisinə qənaət etmək üçün iş saatlarının azaldılması planı həyata keçiriləcək.

Bildirilib ki, idarə və ofislərdə otaq temperaturu 24 dərəcə təyin ediləcək. Bununla yanaşı, ofislər iş vaxtı ərzində enerji sərfiyyatını 30%, iş vaxtı bitdikdən sonra isə 60% azaltmalıdır.

Related Articles

Bir cavab yazın

Back to top button