Dünya

Ukrayna Kursk-Rılsk avtomagistralını nəzarətə götürdü – İki şəhərin əhalisi köçürülə bilər

Ukrayna qüvvələri Kursk vilayəti ərazisində irəliləməkdə davam edir.

“Aznewstv” xəbər verir ki, Rusiya hərbi müxbirləri Ukraynanın regiondakı vacib magistral yolu atəş nəzarətinə götürdüyünü yazırlar. Söhbət Kursk-Rılsk avtomagistralından gedir.

Qeyd olunur ki, Ukrayna ordusu Kursk vilayətindəki əsas magistrallardan biri olan bu yola yaxınlaşır. Artıq Rusiya hakimiyyəti magistralda hərəkəti bağlayıb.

Rusiyanın tanınmış “Z-bloqeri” Vladimir Romanov xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri birbaşa magistral yolda Rusiya hərbçilərinə PUA-larla hücum edir. Beləliklə də Ukrayna hərbçiləri Rusiya bölmələrini müntəzəm təchizatdan kəsir.

Romanov magistralın keçdiyi iki böyük yaşayış məntəqəsi olan Rılsk və Lqovdan mülki əhalinin təxliyəsinə başlamağın zəruriliyini bəyan edib. Onun yazdığına görə, artıq magistralda vurulmuş Rusiya hərbi maşınları görünür.

Related Articles

Bir cavab yazın

Back to top button