Bu barədə Ukrayna Baş Qərargahının cəbhədəki durumla bağlı gündəlik operativ məlumat bülletenində yazılıb.
Qeyd olunub ki, hazırda Rusiya ordusunun nəzarəti altında olan ərazilərdə müxtəlif sənayə sahələrində işçi çatışmazlığı var: “Çünki yerli sakinlər qarşı tərəflə əməkdaşlıq etmək istəmirlər. Ona görə də düşmən işğal etdiyi ərazilərə Rusiyadan və Krımdan işçilər gətirir”.
Məlumata görə, Rusiya Silahlı Qüvvələri Xerson istiqamətində hücumları davam etdirir: “Son sutkada Antonivka və Xerson minaatan və artilleriya atəşinə məruz qalıb. Dinc sakinlər yaralanıb. Aviasiyamız gün ərzində düşmənin cəmləşdiyi ərazilərə 12, eləcə də zenit-raket komplekslərinin mövqelərinə 4 zərbə endirib. Bundan əlavə, Soledar bölgəsində zenit qırıcıları düşmənə məxsus Su-25 təyyarəsini məhv ediblər”.
Bildirilib ki, Ukrayna Müdafiə Qüvvələri son sutkada Rusiya ordusunun 2 nəzarət nöqtəsinə, həmçinin qarşı tərəfin yerləşdiyi 5 əraziyə və sursat anbarına zərbələr endirib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb