Septambrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın özəl qüvvələr nümayəndələrinin iştirakı ilə “Üç qardaş – 2021” uluslararası təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib.
Bu barədə Azərbaycanın Difa Vəzirliyindən bildirilib.
Əvvəlcə Vətən Savaşı Qəhrəmanı Jeneral Zaur Cavanşir Xüsusi Təyinatlı Qüvvələr Fərmandehi, Vətən Savaşı Qəhrəmanı Jeneral Hikmət Mirzəyevə təlim iştirakçılarının açılış mərasiminə hazır olduqları barədə danışıblar.
Xüsusi Təyinatlı Qüvvələr Fərmandehi üç dövləti təmsil edən xüsusi təyinatlıları birgə təlimlərin başlamasına görə təbrik etdikdən sonra Azərbaycan, Türkiyə və Pakistanın şəhidlərinin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan olunub.
İştirakçı ölkələrin Milli Surudlarının səsləndirilməsi ilə yanaşı həmin Cumhurilərin Dövlət bayraqları qaldırılıb.
Jeneral Hikmət Mirzəyev çıxış edərək Türkiyə və Pakistan xüsusi təyinatlılarının nümayədələrini Azərbaycanda görməkdən çox məmnun olduğunu bildirirərək deyib: “Azərbaycan, Türkiyə və Pakistan bəşəriyyət tarixinə bir-birinə yaxın dost və qardaş ölkələr kimi düşüb. Bu əlaqələrin mərkəzində dayanan isə Millətlərimizin bir-birinə sıx bağlı olmalarıdır. Buna əyani sübut kimi Azərbaycanın 2020-ci il Septambrın 27-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinə qarşı başladığı 44 günlük ziddi-hücum əməliyyatının ilk günündən Türkiyə ilə Pakistanın Azərbaycana həmrəylik və dəstəyini göstərmək olar. Bu gün ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq ən yüksək səviyyədədir. Bölgə ilə və Millətlərimizin təhlükəsizliyinin təmin edilməsi üçün əlaqələrimizin daha da gücləndirilməsi ilə gəlişməsində önəmli tədbirlər həyata keçirilir”.
Jeneral Hikmət Mirzəyev “Üç qardaş – 2021” uluslararası təlimlərinin hər üç ölkənin nizamiləri arasında geniş təcrübə və fikir mübadiləsi aparılacağına eləcə də onların peşəkar hazırlıq səviyyəsinin daha da artırılmasına böyük töhfə verəcəyinə inandığını bildirib.
Türkiyə və Pakistan nümayəndə heyətlərinin rəhbərləri Sərhəng Kürşad Konuk və Sərhəng Aamir Şahzad çıxış edərək qeyd ediblər ki, Millətlərimizlə ordularımız arasında bu dostluq bağı sürətlə dəyişən qlobal mühitdə zamanın sınaqlarından uğurla çıxacaq, uluslararası siyasi dəyişikliklərin güclü küləkləri bütün dünyanı bürüsə də, bu üç qardaş etibarlı bölgəsəl tərəfdaş və əməkdaş olaraq daha da yaxınlaşacaqdır. “Üç qardaş – 2021” uluslararası təlimi ordular arasında olan ikitərəfli əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcək, eyni zamanda, terorla mübarizə üçün yeni üsulların kəşf edilməsinə və qarşılıqlı təcrübə mübadiləsi yolu ilə bacarıqlarımızın inkişaf etdirməyə imkan yaradacaqdır.
Açılış mərasiminin rəsmi hissəsi başa çatdıqdan sonra Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin fərmandehliyi qonaqlarla görüşüb, onlara təlimlərdə uğurlar diləyib.
Əməkdar incəsənət xadimi sərhəng Abdulla Qurbaninin senarisi və yönətmənliyi ilə hazırlanan “Əbədi, sarsılmaz qardaşlarıq biz” adlı musiqili-rəqs və “Üç qardaş – 2021” uluslararası təliminə həsr olunan “Üç qardaş” mahnısının təqdimatı ilə açılış mərasimi başa çatıb.