Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Təbrizin El Gölünün “quş baxışı” görüntüsü

El Gölü və ya Şah Gölü Təbriz şəhərində tarixi milli park və parkın adını daşıdıyan böyük süni göldür.

Bu parkın əsas diqqətçəkən xüsusiyyəti mərkəzində yerləşən sahəsi 210 kv.metr olan süni göldür. Gölün üzərində qayıqlı gəzintilər aparılır. Ətrafında mehmanxana, kafelər və aktiv turizm mərkəzləri inşa edilmişdir. Parkın sahəsi təxminən 137 ha-dır.

Parkın salınma tarixi XVIII əsrə, Səfəvilər dövrünə təsadüf edir. Lakin bəzi tarixçilər onun daha əvvəl, təxminən XIV əsrdə hələ Qaraqoyunlu dövründə inşa olunduğunu bildirirlər. Bir başqa fikrə görə, park Səfəvilər dövründə Hindistanla olan dostluq əlaqələrinin nümunəsi olaraq inşa edilib.
Qacarların hakimiyyəti illərində park Qacar şahzadəsi Qəhraman Mirzə tərəfindən yenidən bərpa edilmiş və bura yeni geniş saray əlavə edilmişdi. Günümüzdə restoran kimi fəaliyyət göstərən bu bina gölün mərkəzində yerləşir və quru ilə uzun bir torpaq yolla bağlıdır.

Related Articles

Bir cavab yazın

Back to top button