Azərbaycanİran

Təbrizdəki məhbuslar Tehrandakı məhbuslara dəstək verdilər: “Aclıq aksiyasına başlayacağıq”

Təbriz həbsxanasında saxlanılan milli məhbuslar Kərim İsmayılzadə, Salar Tahir Əfşar və Milad Cəlili (Elşən) yaxınları ilə telefon əlaqəsi zamanı Tehrandakı milli məhbusların tələblərinə qoşulduqlarını deyiblər.

Qeyd edək ki, 4 aydan çoxdur Evin həbsxanasında saxlanılan Tahir Nəqəvi və Hüseyn Pirinin də olduqları 3 nəfərlik məhbus qrupu qeyri-müəyyən şəraitdə saxlanılmasına, Təhlükəsizlik Nazirliyinin əməkdaşları və məhkəmənin qanunsuz əməllərinə etiraz əlaməti olaraq aclıq aksiyasına əl atıblar.

Məhbuslar barələrində irəli sürülən ittihamlarla razılaşmadıqlarını bildirir, məhkəmə iclaslarının açıq keçirilməsini tələb edirlər.

Related Articles

Bir cavab yazın

Back to top button