İran

TƏBRİZDƏ TUTUQLU OLAN SOLCU FƏAL NECƏ AZAD BURAXILDI?

Tutuqlu olan sol fəal Əmir Çəməni Çərşənbə axşamı vəsiqə qarşılığında muvəqqəti azad oldu.
Təbrizin FƏTA Polisi tərəfindən tutuqlanan Əmir Çəməni Sipah zindanında saxlanılırdı. O, 200 milyon tümən dəyərində girov qoyduğu vəsiqə qarşılığında məhkəmə tarixinəcan muvəqqəti sərbəst buraxıldı.
Artıraq ki, solcu fəal Fərvərdin ayının 14-də FƏTA polisi tərəfindən çağırılmışdı və tutuqlandıqdan sonra ailəsi ilə telefon görüşməsində məhkəməyə aparıldığını bildirmişdi. O tutuqlandıqdan sonra sorğu üçün Sipah quvvəsinin həbsxanasına aparılmışdı.
Hərana Xəbər Ajansının yayınladığı məlumata görə, Çəməninin ittihamlarıyla bağlı bir məlumat yayımlanıb.
Belə ki, Əmir Çəməni 1397-ci ilin Şəhrivərinin 11-də Təbrizin İnqilab Məhkəməsində qazi Həmlbərin əli ilə “İslam Cumhuriyyəti Nizama qarşı təbliğat” suçundan 6 ay həbs cəzasına məhkum olmuşdu.
Çəməni ondan qabaq 1391-ci ildə də İnqilab Məhkəməsinin birinci şöbəsinin rəisi Qazi Həmlbərin əli ilə İranın Rəhbərinə Sayqısızlıq suçundan 6 ay və İslam Cumhuriyyəti Nizamına qarşı təbliğ suçundan da 3 aylıq həbsə məhkum olub. Çəməni habelə o tarixdə Cumhurbaşqanına sayqısızlıq suçundan 40 şallaq cəzasına məhkum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button