
Təbrizin Umud səfiri şəhərciyindəki məhəllə parkına Molla Məhəmməd Füzulinin adı verilib. Məsələ ilə bağlı Təbriz Şəhər Keçid və İctimai Yerlərin Adlandırılması üzrə Şurasının dəbiri Səid Hacızadə məlumat verib.
“Məhəmməd Füzulinin ədəbi mövqeyinin qorunması üçün, habelə Təbrizin 3-cü Bölgə şəhridarisinin önərisi ilə Yollar və İctimai yerlərin Adlandırılması Şurasının bugünkü toplantısında, açılmaqda olan məhəllə parkına şair, yazıçı və ədibin adının verilməsi təsvib olunub”, – deyə Səid Hacızadə bildirib.
Təbriz şəhridarisindən verilən bilgiyə görə, Molla Məhəmməd Füzulinin adını daşıyan, təxminən 12.000 metr-mürəbbə alanı olan və 45 milyard 500 milyon tümən büdcə ilə yaradılan məhəllə parkının açılışına hazırlıq görülür.
Bildirək ki, Molla Məhəmməd Füzuli hicri-qəməri tarixi ilə 10-cu qərnin ilk illərində İraqın Kərbəla şəhərində anadan olub. Atası Azərbaycan əsilli, Bəyat elindən idi. O, Azərbaycandan Kərbəla və Nəcəf şəhərlərinə üz tutub. Ədib gənc yaşlarında Molla Füzuli kimi tanınıb.
“Molla” ləqəbi onun kəlam elminə tam yiyələndiyini göstərir, “müdrik və hikmətli” ləqəbi onun fəlsəfə və hikmətə yanaşmasını ifadə edir. Məhəmməd Füzuli Azərbaycan, ərəb və fars dillərini mükəmməl bilib və hər üç dildə dəyərli əsərlər qələmə alıb.