Bu barədə onun ailə üzvləri məlumat yayıb.
Bildirilib ki, heç bir məhkəmə hökmü olmadan məmurlar Pakruhun şəxsi mənzilinə hücum edib və onu özləri ilə aparıblar.
Milli fəalın övladları bununla bağlı əlaqədar dövlər qurumlarına müraciət etdiklərini, ancaq atalarının harada və hansı ittihama görə həbs edildiyi barədə məlumat ala bilmədiklərini deyiblər.
Onlar fəalın yaşlı olduğu və bir neçə xəstəlikdən əziyyət çəkdiyi üçün həyatının təhlükədə olduğu barədə xəbərdarlıq ediblər.
Qeyd edək ki, bundan əvvəl də Cəbrayıl Pakruh milli fəallardan olan oğlu Fərhad Pakruhun həbsi və ona qarşı təzyiqlərlə bağlı verdiyi açıqlamalara görə incidilib.
O, təhlükəsizlik idarəsinə çağırılıb, saatlarla dindirilib və bir neçə günlüyünə həbsdə saxlanılıb.
Ondan sosial mediada etdiyi paylaşımları silməyi tələb olunub.