Azərbaycanİran

Təbrizdə etirazlar zamanı azərbaycanlı yeniyetmə saxlanıldı

Təbriz Mirək Konservatoriyasının öyrəncisi Atilla Ərfəi Təbriz şəhərində keçirilən etiraz aksiyaları zamanı İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

17 yaşlı Atilla artıq 9-cu gündür ki, Basmənc uşaq zindanında saxlanılır. Onun astma xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Sosial şəbəkə istifadəçiləri İran hökumətinin bu cinayətinə etiraz edərək yazıblar: “Atilla Ərfəi məktəbdə olmalıdır, uşaq həbsxanasında deyil!”.

Qeyd edək ki, Uşaq Hüquqları Konvensiyasının müddəalarına görə, 18 yaşına çatmamış şəxslər uşaq sayılır.

Related Articles

Bir cavab yazın

Back to top button