Onlar əmək haqlarının aşağı olmasından narazılıqlarını bildiriblər.
Təbrizin bələdiyyə binasının həyətinə toplaşan narazılar inflyasiyanın artmasına baxmayaraq onların əmək haqlarının yalnız 10% artırılmasını özlərinə qarşı təhqor hesab etdiklərini deyiblər.
Etirazçı yanğınsöndürənlər qaldırdıqları plakatlarda məişət problemlərinin həlli üçün verilən vədlərin özünü doğrultmadığını, hüquqlarının pozulduğunu bildiriblər.