Təbriz şəhərində öyrəncilərin yaxınları Sina xəstəxanasının qarşısına toplaşaraq övladlarının vəziyyəti ilə maraqlanıblar.
Ərdəbildə də öyrəncilərin qohumlarının Ərdəbil əyaləti və təhsili idarəsi və valiliyi qarşısına toplaşdığı barədə də xəbərlər var.
Sözügedən yerlərdə təhlükəsizlik əməkdaşlarının olması diqqət çəkirdi. Xüsusilə də Ərdəbil şəhərinin təhsil və valiliyi qarşısında təhlükəsizlik qüvvələri etirazçıları dağıtmağa çalışıb.İştirakçılardan bəzilərinin həbs olunduğu barədə xəbərlər var. Onların vəziyyəti ilə bağlı ətraflı məlumat yoxdur.
Tələbələrin zəhərlənməsi Qum şəhərində 30 Noyabr 2022-ci il çərşənbə günü başlayıb və həmin gün Nur Akademiyasının 18 qız tələbəsi zəhərlənib və bundan sonra İranın başqa şəhərlərindən, o cümlədən Urmiyə, Tehran, İsfahan, Yəzd, Xuzistandan xəbərlər yayımlanıb.
Bir neçə gündür də bu zəhərlənmə məsələsi şiddətlənib və Azərbaycana çatıb.