İran

Tutulan Güney azərbaycanlı jurnalistlərdən 15 gündür xəbər yoxdur

Doğu Azərbaycan əyalətinin Kəleybər bölgəsindən olan iki gənc jurnalist Əbülfəz Purhüseynqulu və Arəş Şadməndin İranın əmniyət gücləri tərəfindən tutulmasından 15 gün keçir.

Bu günədək onların ittiham səbəbləri və harada saxlanıldıqları barədə bilgi əldə etmək mümkün olmayıb.

Kəleybərli jurnalist və ictimai şəbəkə fəalı Əbülfəz Purhüseynqulu 29 sentyabr tarixində əmniyət məmurları tərəfindən iş yerində tutulub.

Sentyabrın 30-da isə mədəni fəal və incəsənət müəllimi, fotoqraf Arəş Şadmənd də İran təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Məsələ ilə bağlı səlahiyyətli qurumlardan gənc fəallar barəsində heç bir məlumat verilməyib.

Ancaq hər iki fəalın tutulmasının səbəbi Əhər şəhərində İran hökumətinə bağlı könüllü “Bəsic” qüvvələri ilə ilgili müəllimin 5 şagirdə təcavüz etməsi barədə xəbəri yaymaları ilə bağlı olduğu ehtimal edilir.

Onlar bu haqda idarə etdikləri ictimai şəbəkələrdə xəbər yayaraq günahkarın cəzalandırılmadığını bildirmişdilər.

Related Articles

Bir cavab yazın

Back to top button