Dünyaİran

Türkmənistan qazının İran vastitəsilə İraqa çatdırılması üçün danışıqlar aparılır

İraqdan bir heyət Türkmənistana səfər edib və 20 milyon kubmetr qaz idxalı üçün müqavilə imzalayıb.

İraqın elektrik naziri Ziad Əli Fazel:

“Biz hazırda türkmən qazının İran boru kəmərləri ilə İraqa çatdırılması üçün İran tərəfi ilə danışıqlar aparırıq. İran hazırda bu məsələni araşdırır və razılaşarsa, gələn yay iraqlıların türkmən qazından istifadə etməsi mümkün olacaq”.

İraqın elektrik naziri Bağdadın İrana qaz borcu ilə bağlı deyib: “Elektrik Nazirliyi İran tərəfinə olan bütün qaz öhdəliklərini ödəyib və onları İraq Kommersiya Bankının xüsusi hesabına yatırıb, lakin beynəlxalq sanksiyalar səbəbindən ödəniş prosesi tamamlanmadı. İndi hər iki tərəfin razılığı əsasında İran qazı İraqın qara nefti ilə mübadilə edilir”.

#İran #İraq #Turkmenistan

Related Articles

Bir cavab yazın

Back to top button