Bu gün səhər saatlarında təhlükəsizlik məmurları türkmən fəalın yaşadığı evə basqın edərək onu özləri ilə aparıblar.
Rza Bəbrnəjad İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması barəsindəki paylaşımına görə saxlanılıb.
Rza Bəbrnəjadın qardaşı Mehdi Bəbrnəjad 2022-ci ilin sentyabr ayında başlayan etiraz aksiyaları zamanı polislər tərəfindən güllələnərək öldürülüb.
Onun özü isə dinc fəaliyyətlərinə görə bir neçə dəfə təqib və təzyiqlərə məruz qalıb.
Qeyd edək ki, helikopter qəzasından sonra İran Polis Komandanlığı media və sosial media fəallarına xəbərdarlıq