AzərbaycanDünya

Türkiyədə Azərbaycan türkcəsi kursları açılaca

Türkiyənin Uludağ Universitetindəki Türk Dilinin Tədqiqi və Tətbiqi Mərkəzində (ULUTÖMER) Azərbaycan türkcəsi kurslarının açılması planlaşdırılır.

Bununla bağlı Bursa vilayətində fəaliyyət göstərən mərkəzin fəaliyyəti haqqında Əsasnamədə müvafiq dəyişiklik edilib.

Sənədin mətni bazar günü, sentyabrın 22-də Türkiyə hökumətinin rəsmi qəzetində dərc olunub.

ULUTÖMER-in Əsasnaməsinin yeni redaksiyasına əsasən, Azərbaycan türkcəsi ilə yanaşı qazax, qırğız, özbək, türkmən və digər dillər üzrə də kursların açılması planlaşdırılır.

Mərkəz türk xalqlarının mədəniyyətini öyrənmək məqsədilə Türkiyənin bölgələrinə və xaricə səfərlər təşkil etməyi, dilçilik sahəsində fərqlənənlərin mükafatlandırılmasını da planlaşdırır.

Əsasnamənin icrası Uludağ Universitetinin rektorluğuna həvalə edilib.

Related Articles

Bir cavab yazın

Back to top button