CəmiyyətDünya

Türkiyədə 24 921 binaya ciddi ziyan dəyib

Türkiyədəki zəlzələlərdə söküntü və ciddi dağıntı müəyyən edilən binaların sayı açıqlanıb.

 bu haqda informasiyanı Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum yayıb.
O, Qaziantep Fəlakət və Koordinasiya Mərkəzində açıqlama verib.
Nazirin sözlərinə görə, zəlzələdən sonra 10 vilayətdə 171 882 binada araşdırılma aparılıb.
“24 921 binanın ciddi ziyan gördüyünü müəyyənləşdirdik”, -deyə nazir əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button