
İranlıların ən çox ev aldığı ölkələr arasında ilk sıralarda Türkiyə yer alır. İranlıların Əmlak Müşavirləri Birliyinin müavini Qulu Xosrəvinin sözlərinə görə, keçən il Türkiyənin İzmir şəhərində 8 min ev satın alınıb. Belə ki, lirənin Amerika dolarına nisbətdə dəyərdən düşməsi, Qızıl Viza proqramı bu ölkəyə üz tutanların sayını artırıb. Son hesablamalara görə, Türkiyədə 2019-cu ilin culayında xarici vətəndaşlara təxminən 4 min 190 ev satılıb.