
Bu barədə Türkiyə mediası məlumat yayıb.
“SABAH” qəzetinin məlumatına görə, yerli vaxtla saat 15:20 radələrində girişdə kamikadze hücumu həyata keçirilib.
Türkiyənin daxili işlər naziri Əli Yerlikayanın bildirdiyinə görə terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Aerokosmik Sənayesinə (TUSAŞ) hücumu pisləyib.
Prezident hücum zamanı həyatını itirənlərə rəhmət, yaralıların isə tezliklə sağalmasını diləyib.