Türkiyədə sel fəlakəti səbəbindən ölənlərin sayı 70-ə yüksəlib, bu barədə Türkiyənin iztirari Halların İdarə Olunması Ajansı məlumat yayıb.
Bildirilib ki, Kastamonuda 60, Sinopda 9, Bartında 1 nəfərin həyatını itirməsi ilə ümumilikdə 70 insan dünyasını dəyişib. Hazırda 8 nəfərin müalicəsi davam etdirilir.