
Türkiyənin İzmir Baş Prokurorluğu tərəfindən PKK/KCK terror təşkilatının qadın üzvlərinin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.
Ölkənin beş vilayətində keçirilən əməliyyat nəticəsində şübhəli bilinən 16 nəfərdən 13-ü ələ keçirilib. Onların arasında terror təşkilatının illeqal qadın quruluşu Demokratik Azad Qadın Hərəkatının və Xalqların Demokratik Partiyasının (HDP) üzvləri də var.
Digər şübhəlilərin də saxlanılması istiqamətində əməliyyatlar davam edir.