
Türkiyədə son 24 saatda koronavirusa 9537 yeni tutulma halı qeydə alınıb, 181 nəfər dünyasını dəyişib. Bu barədə ölkənin Sağlıq Vəzirliyi bildirib. Məlumata görə, bununla da ölkədə virusa tutulanların sayı 2 317 118, pandemi qurbanlarının sayı isə 22 631 nəfərə çatıb.
İndiyədək 2 190 047 məriz sağalaraq evə buraxılıb. Qeyd edək ki, son günlər Türkiyədə koronavirusdan ölənlərin sayında azalma görülür.