Türkiyənin Van vilayətində polis ilə Milli İstihbarat Təşkilatı ortaq özəl əməliyyat keçirib.
Əməliyyat nəticəsində keçmiş iranlı M.A adlı nizamini ölkəsinə qaçırtmaq istəyən 2-si İran casusu olmaqla, 8 nəfər saxlanılıb.
MİT tərəfindən İran kəşfiyyatçılarının M.A-nı İrana qaçaq yolla gətirmək üçün Vanda 30 min dollar büdcəsi olan bir şəbəkə yaratmağa çalışdıqları bəlli edilib.
Şəbəkə üzvlərinin sonra M.A-nın həyat yoldaşı M.E.-yə 10 min dollar təklif etdiyi, bunu qəbul etməyəcəyi təqdirdə İrandakı ailə üzvlərinə zərər veriləcəyi ilə bağlı təhdid edilib.
İran kəşfiyyatının M.A-nı otomobillə qaçırtmaq üçün 2 nəfəri septambrın 24-də Vana göndərdiyi təsbit edilib. Bundan sonra Vanın əmniyyət polisi ilə MİT əməliyyat keçirib.
Qeyd olunub ki, saxlanılanlardan 6-sı Türkiyə vətəndaşıdır.