
Türkiyənin cənubunda yerləşən Adana şəhərində sentyabrın 25 güclü partlayış baş verib.
Aznews.tv xəbər verir ki, partlayış nəticəsində 5 nəfər yaralanıb.
Məlumata əsasən, əldəqayırma partlayıcı yoldan polis avtobusu keçərkən işə düşüb.
“Partlayış nəticəsində 4 mülki və 1 polis əməkdaşı xəsarət alıb. Onların vəziyyəti kafi qiymətləndirilir. Alınan xəsarətlər həyatlarına təhlükə yaratmır”, – deyə bölgənin valisi Mahmut Demirtaş qeyd edib.
Aznews.tv