Dünya

Türkiyədə 15 iyuldan sonra 23 min 859 nəfər ordu sıralarından azad edilib

2016-cı il iyulun 15-də düşmən hərbçisinə edilməyəcək dərəcədə pis rəftarla qarşılaşdıq.

 

“ANT” “TRTHaber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler bildirib.

Onun sözlərinə görə, iyulun 15-dən indiyədək Türkiyə Silahlı Qüvvələrindən məlum hadisədə əli olan 23 min 859 nəfər azad edilib:“Türkiyə Silahlı Qüvvələrinin şanlı formasını heç bir xainin geyinməsinə icazə verilməyəcək”.

Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyədə hakimiyyət çevrilişinə cəhd olunub.

Related Articles

Bir cavab yazın

Back to top button