Artıq Türkiyə “Çakır” qanadlı raketinin kütləvi istehsalına başlayıb.
Raket ilk dəfə 2023-cü ildə Akıncı strateji pilotsuz uçuş aparatından sınaqdan keçirilib.
Beləliklə, dünyada ilk dəfə olaraq pilotsuz təyyarədən qanadlı raket buraxılıb.
“Çakır” həmçinin dəniz pilotsuz sistemləri, taktiki təkərli yerüstü nəqliyyat vasitələri və yerüstü platformalardan da buraxıla bilər.
Qeyd edək ki, belə raketlərin mümkün alıcıları arasında Akıncı İHA-nın sərəncamında olan Azərbaycan da ola bilər.