Dünya

Türkiyə Xarici İşlər Nazirliyi Suriyanın şimalında baş verən son hadisə ilə bağlı açıqlama yayıb

Türkiyənin Xarici İşlər Nazirliyi Kayseridə baş verən son faciə ilə bağlı açıqlama verib və şübhəli şəxs barəsində hüquqi və məhkəmə prosedurlarının aparıldığını və bu hadisədən sərhədlər xaricində bəzi təxribatlar üçün vasitə kimi sui-istifadə edilməsinin yanlış olduğunu açıqlayıb.

Bu bəyanatda vurğulanıb: Türkiyənin Suriya xalqının rifahı üçün göstərdiyi səylər və mövqelər hər cür təxribatdan kənardır.

Ötən günlərdə Kayseri şəhərində suriyalı bir kişi tərəfindən 7 yaşlı uşağa cinsi təcavüzündən sonra Türkiyənin müxtəlif şəhərlərində yaşayan Türkiyə vətəndaşları suriyalı qaçqınların bu ölkədən çıxarılmasını tələb ediblər.

Bu məsələdən sonra Suriyanın şimalında Türkiyənin nəzarətində olan ərazilərdə bir qrup Suriya vətəndaşı Kayseridəki hadisələrə etiraz olaraq Türkiyə bayraqlarını yandırıb

Related Articles

Bir cavab yazın

Back to top button