
“Biz BƏƏ ilə münasibətlərimizin normallaşdırılması istiqamətində bir çox addımlar atmışıq, Səudi Ərəbistan, Bəhreyn və Misir danışıqlar aparan ölkələr arasındadır”. Mövlud Çavuşoğlu bu barədə bazar ertəsi 2021-ci ilin sonu münasibəti ilə keçirdiyi mətbuat konfransında TRT World-ün Twitter səhifəsində məlumat verib. O, həmçinin deyib: “Biz regional səviyyədə də münasibətləri normallaşdırdıq. Müəyyən səviyyədə İsraillə diplomatik təmaslarımız başladı.” Türkiyənin baş diplomatı əlavə edib: “Əlbəttə, biz Fələstinlə bağlı mövqeyimizi qoruyacağıq”.O, normallaşmanın Fransadan da başladığını bildirib.