Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

Türkiyə türmanlara qarşı iyrənc oyunlarla bağlı xəbərdarlıq etdi

 Osmanlı imperiyası dağıldıqdan sonra Türkiyə ilə həmsərhəd olan bütün ölkələrdə türk azlıqları var idi, lakin bu toplum heç vaxt separatçı hərəkatlarda iştirak etməyib, quruculuq rolunu oynayıblar.

Bunu Türkiyə XİN-in rəhbəri Hakan Fidan İraqın UTV telekanalına müsahibəsində deyib.

“Ona görə də inanırıq ki, türkmanlar İraqın hörmətli oğulları olaraq layiq olduqları bütün hüquqları almalıdır. Bütün xalqlara verilən hüquqlar kimi”, – o bildirib.

Fidan qeyd edib ki, türkmanların tarixi səbəblərdən sürgün olunmaları və yaşadıqları yerlərdə siyasi problemlərlə bağlı zəifləməsi türkmanlara qarşı deyil, Türkiyəyə qarşı yönəlmiş bir quruluşdur:

“Baxın, bu cür xırda oyunlarla oradakı nisbətən kiçik camaat üzərində üstünlük əldə etmək üçün addımlar atmaqla qalibiyyət əldə etməyəcəksiniz, əksinə, daha da böyük Türkiyənin qəzəbinə düçar olacaqsınız. Əvəzində Türkiyə ilə əlaqələri gücləndirmək üçün mövcud türkman əhalisindən istifadə edə bilərsiniz”.

Related Articles

Bir cavab yazın

Back to top button