BölgəDünyaİranSiyasət

Türkiyə, Rusiya və İran İdlib məsələsini müzakirə edəcəklər

Türkiyənin prezidenti Rəcəp Tayip Ərdoğan sentyabrın 16-ı Ankarada Rusiya və İran lprezidentləri ilə keçiriləcək üçtərəfli görüş ilə bağlı gözləntilərini bölüşüb.

Aznews.tv xəbər verir ki, görüşdə əsas müzakirə predmeti İdlib olacaq.

“Müşahidə məntəqələrinin yaradılması və terrorla mübarizə ilə fikirlər bölüşüləcək”, – deyə o, əlavə edib.

Türkiyənin prezidenti həmçinin Suriyanın şimal-şərqində “təhlükəsizlik zonasının” yaradılması barədə planlara da toxunuv.

“Türkiyənin və ABŞ-ın Silahlı Qüvvələri Suriyanın Fərat çayının şərqində yerləşən bölgələrində birgə hava nəzarətini davam etdirir. Ankara üçün ABŞ-ın PYD/YPG terrorçuları ilə bağlı mövqeyi vacibdir. Bu gün ABŞ mövqeyinin Türkiyənin maraqlarına cavab verdiyini iddia edə bilmərik”, – deyə R.T.Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, Suriya məsələsi həmçinin Nyu-Yorkda keçiriləcək BMT-nin Baş Assamblyeası çərçivəsində Donald Trampla görüş əsnasında da müzakirə ediləcək.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button