
Türkiyə Ordusunun iki əsgəri şəhid olub, biri isə yaralanıb. Bu barədə Türkiyənin Milli difa vəzirliyi məlumat yayıb. Bildirilib ki, İraqın quzeyində həyata keçirilən Pəncə-Kaplan Əməliyyatı bölgəsində baş vermiş otomobil qəzasında əsgərlərdən biri hadisə yerində dünyasını dəyişib. Yaralanmış başqa iki əsgər isə mərizxanaya aparılıb. Ancaq həkimlərin çabalarına baxmayaraq, yaralı əsgərlərdən biri də mərizxanada keçinib.