Site icon Aznews TV

Türkiyə ordusu tərəfindən daha 5 terrorçu zərərsizləşdirilib

Türkiyə ordusunun özəl qüvvələri Suriyanın quzeyində YPG silahlı qrupunu zərərsizləşdirib. Bu barədə Türkiyə Milli Difa Vəzirliyi özünün tuitterdəki səhifəsində məlumat yayıb. Bildirilib ki, PKK/YPG terrorçuları Türkiyə nizamilərinin mövqelərinə atəş açıblar. Terrorçular bununla yanaşı, “Barış pınarı” əməliyyatı bölgəsinə girməyə çalışıblar. Özəl qüvvələrin cavab tədbirləri nəticəsində beş terrorçu zərərsizləşdirilib.

Exit mobile version