
TRT xəbər verir ki, İsveçin NATO-ya üzvlüyü Vilnüs sammitində prioritet məsələlərdən biri olsa da, İsveç Türkiyənin gözlədiyi addımları hələ ata bilməyib.
Macarıstan bu prosesdə Ankara ilə birlikdə hərəkət edəcəyini açıqlayıb.
Stokholmun terrorla mübarizə qanununda etdiyi dəyişiklik iyunun 1-dən qüvvəyə minsə də, İsveç PKK və FETÖ üzvlərini hələ də ekstradisiya etməyib.