Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

Türkiyə İraq və Suriyanın şimalında antiterror əməliyyatı keçirib

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/YPG terror qruplaşmasının altı üzvü öldürülüb.

bu barədə məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Suriyanın şimalında “Barış pınarı” antiterror bölgəsində dörd, İraqın şimalında “Pençe-kilit” əməliyyatı nəticəsində iki terrorçu öldürülüb.

Nazirlik terrora qarşı mübarizənin davam edəcəyini bildirib. Eyni zamanda “The Wall Street Journal” nəşri amerikalı rəsmilərə istinadən paylaşdığı məlumatda iddia edir ki, Türkiyə Suriyada genişmiqyaslı antiterror əməliyyatına hazırlaşır.

Nəşrin iddiasına görə, Türkiyə Suriya ilə sərhədə qüvvələr toplayır.

“Rəsmilər Türkiyə ordusu və Türkiyəyönümlü silahlı birləşmələrin Suriya ilə sərhəddə toplandığını, Ankaranın genişmiqyaslı əməliyyata hazırlaşdığını deyirlər. ABŞ rəsmilərinin birinin qeyd etdiyi kimi, Türkiyənin əməliyyatı qaçılmaz ola bilər”, – nəşr yazıb.

Related Articles

Bir cavab yazın

Back to top button