Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.
Qeyd edilib ki, bu istiqamətdə cəhd Kipr məsələsində həssas tarazlığı pozacaq və problemin həlli prosesinə mənfi təsir göstərəcək:
“Türkiyə NATO-ya üzv ölkə olaraq alyansın genişləndirilməsi ilə bağlı qərarların yekdilliklə qəbul edildiyini xatırladır və bu proseslərin hər bir ölkənin milli təhlükəsizlik qayğıları nəzərə alınmaqla həyata keçirilməsində israrlıdır. Hazırkı vəziyyətdə Kiprin NATO-ya üzvlük üçün müraciət etməsi Türkiyə tərəfindən qəbuledilməz bir hadisədir”.
Qeyd edək ki, Kipr Respublikasının ABŞ administrasiyasına NATO-ya daxil olmaq planını təqdim etdiyi barədə mediada məlumat yayılıb.