
Türkiyə mediası xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının adayı Mustafa Şəntop yenidən parlamentin başkanı seçilib. O, üçüncü turda 328 səs toplayıb.
Qeyd edək ki, başkanlıq uğrunda CHP-nin Ankaradan millət vəkili Haluk Koç, HDP-nin İstanbuldan millət vəkili Erol Katırcıoğlu, İYİ partiyanın Qaziantepdən millət vəkili İmam Hüseyn Filiz və Türkiyə Fəhlə Partiyasının (TİP) rəhbəri və İstanbuldan millət vəkili Erkan Baş mübarizə aparıb.