Site icon Aznews TV

Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salınıb

Qida paketlərinə dörd nəfərlik ailənin bir aylıq ehtiyacını ödəyəcək miqdarda noxud, bulqur, günəbaxan yağı kimi qida məhsulları, həmçinin şirniyyat və şokolad daxildir.

Məlumata görə, ayırılan humanitar yardımın son partiyası dekabrın 31-dək Suriyaya göndəriləcək. Bu cür yardımların gələcəkdə də davam etdirilməsi istisna olunmur.

Qeyd olunub ki, göndərilən bağlamalar arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın suriyalılara ünvanladığı məktub da yer alıb. Məktubda Türkiyənin Suriyanın yenidənqurulması və bərpasında bu ölkəyə dəstək olunacağı əksini tapıb.

Exit mobile version