Azərbaycanİran

Türk milli fəalların həbsi və repressiyaya məruz qalması ilə bağlı Azərbaycan siyasi təşkilatlarının bəyanat

Güney Azərbaycan siyasi təşkilatları Türk milli fəalların həbsi və repressiyaya məruz qalması ilə bağlı bəyanat yayib

Güney Azərbaycan Türk Milləti!
Ayıq və azadlıqsevər vicdanlar!

Totalitar və müstəmləkəçi İran hakimiyyəti təmsil edən İran İslam Respublikası heç bir sübut və sənəd təqdim etmədən, təhlükəsizlik yönümlü və repressiv bir yanaşma ilə aylardır azərbaycanlı milli və mədəni fəallarının həbs dalğasına başlayıb. Onlarla azərbaycanlı fəalın həbs olunaraq təcridxanada saxlanmasının səbəbi hələ məlum olmasa da, həbslərin ikinci dalğası başlayıb və dörd aydan çoxdur ki, bəzi fəalların taleyi məlum deyil. Hazırda Azərbaycanın bəzi şəhərlərində milli və mədəni fəalların həbslərinin üçüncü dalğası başlayıb. Bu günə qədər İslam Respublikasının heç bir məhkəmə, siyasi və təhlükəsizlik qurumu onlarla türk fəalın saxlanması və nəzarət altına alınması səbəbi ilə bağlı hər hansı açıqlama verməyib və ictimaiyyət və bu fəalların ailələri böyük təzyiq və narahatlıq altındadır.
Yürüş Mehrəlibəyli və İbrahim Savalanın haqsız yerə həbsindən bir neçə aya yaxın zaman keçir. Hazırda Əbdüləziz Əzimi Qədim, Vədud Əsədi, Salar Tahir Əfşar, Səid Minayi, Tahir Nəqəvi və digər azərbaycanlı fəalların həbsinin şahidi olmuşuq.
Görünən odur ki, ayrı-seçkilik və irqçi siyasətləri ilə Azərbaycanın milli, mədəni, iqtisadi və ekoloji əsaslarını məhv etməyi planlayan İslam Respublikasının siyasi, məhkəmə və təhlükəsizlik orqanları, Azərbaycanın Milli Hərəkatının sivil və tamamilə qeyri-zorakı fəaliyyətlərinə və dinc xarakter daşıyan tələblərinə səbirləri çatmır.
Ayıq vicdanlar bilir ki, son bir neçə ayda Azərbaycanın müxtəlif şəhərlərində həbs olunanlar dinc yollarla Azərbaycan hüquqlarını tələb edən fəallar olublar. Ona görə də, hakim sistemin milli fəallara qarşı şiddətli qarşıdurmalar və cilovsuz təhlükəsizlik təzyiqləri Azərbaycan Türk ictimaiyyəti üçün qəbuledilməzdir. Azərbaycanlı hər bir türk belə qənaətə gəlir ki, Azərbaycan türklərinin sivil və mədəni diskursunun yolu müstəmləkəçilik sistemi tərəfindən kəsilib.
Azərbaycan Milli Hərəkatının siyasi təşkilatları olaraq, həbs olunan fəalların səhhəti və taleyindən narahatıq və bütün hüquq müdafiə cəmiyyətlərini bu repressiyalara qarşı etiraz etməyə çağırırıq.
Bir daha bəyan edirik ki, hər bir Azərbaycan türkünün taleyi bizim üçün önəmlidir, Azərbaycanın müxtəlif şəhərlərində qaçırılan fəalların hazırkı vəziyyəti Azərbaycan Milli Hərəkatının gündəmindədir və bu hadisələrə mütləq səssiz qalmayacağıq.
Bu əzizlərin vəziyyətini izləmək, ictimaiyyəti məlumatlandırmaq və xalqı etiraz mitinqlərinə çağırmaq, şübhəsiz ki, Azərbaycan türk xalqının və siyasi təşkilatlarının haqqıdır.
Bu həbs və təzyiqlərin səbəbkarlarına bir daha ciddi şəkildə xəbərdarlıq edirik ki, Azərbaycan türk milləti onların zülmünün qara keçmişini, Azərbaycan övladlarına qarşı törətdiyi cinayətləri unutmayacaq.

Azərbaycan Mərkəz Partiyası – AMP

Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş

Azərbaycan Öyrənci Hərəkəti – AZOH

Güney Azərbaycan Demokrat Partisi

10/02/2024

Related Articles

Bir cavab yazın

Back to top button