
TÜRK ŞURASININ TOPLANTISINDA “TÜRK DÜNYASI-2040” ADLI PROQRAM QƏBUL OLUNACAQ.
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə “Türk dünyası-2040″ adlı proqram qəbul olunacaq”.
” Bunu Türkiyənin xarici işlər vəziri Mövlud Çavuşoğlu deyib.
Toplantısında qurumun adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılacağını xatırladan vəzir bunun böyük önəm daşıdığını vurğulayıb: “Köklərimiz eyni olduğu kimi, gələcəyə baxışımız da eyni olmalıdır”.
Qeyd edək ki, Zirvə toplantısı Mərmərə dənizində yerləşən Demokratiya və Azadlıqlar adasında keçiriləcək. Bu adanın əvvəlki adı Yassada olub.