Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
AzərbaycanDünya

Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurası Şimali Qibris Türk Cümhuriyyətində toplanırlar

Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının 17-ci toplantısı mayın 1-2-də Şimali Qibris Türk Cümhuriyyətinin (ŞKTC) paytaxtı Lefkoşada keçiriləcək. Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, toplantının gündəmi Qazaxıstan, Özbəkistan və Türkmənistanın Cənubi Kiprdə (adanın yunan tərəfi) səfirlik açması olacaq.

Nəşr Tacikistan və TDT üzvü olan Qazaxıstan və Özbəkistan, eləcə də təşkilatın müşahidəçi üzvü Türkmənistanın qərarı ilə bağlı yazır:

“Tacikistanın Avropa İttifaqının (Aİ) iqtisadi təzyiqləri səbəbindən bəyannamənin müvafiq hissələrini dəstəkləmək məcburiyyətində qaldığı, Aİ-nin bu ölkələrə yardım və investisiyaları kəsməklə hədələdiyi bildirilir. Həmçinin Aİ Özbəkistanı “Genişləndirilmiş Tərəfdaşlıq” dialoqu və investisiyaları dayandırmaqla da hədələyib. Qazaxıstana da təzyiq edildiyi məlum olub.

Türk dövlətlərinin adanın yunan hissəsində səfirlik açmalarına Türkiyə bağlı qapılar arxasında təpki göstərib. İctimai reaksiyanın yunanların işinə yarayacağı üçün belə olduğu vurğulanır. Qeyd olunur ki, ŞKTC-də keçiriləcək ilk üzbəüz görüşdə məqsəd problemi sakitcə və diplomatiya yolu ilə həll etməkdir. ŞKTC Prezidenti Ərsin Tatar Aİ ilə bu razılaşmanın əsas məqsədinin Şimali Kipr Türk Cümhuriyyətinin qarşısını almaq olduğunu bəyan edib”.

Related Articles

Bir cavab yazın

Back to top button