Site icon Aznews TV

Türk Dövlətləri Təşkilatı Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

Bununla bağlı beynəlxalq təşkilatın “X”dəki hesabında paylaşım edilib.

“Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 33-cü ildönümündə Azərbaycan hökumətini və qardaş xalqını ən səmimi arzularımızla təbrik edir, uğurlar, sabitlik və firavanlıq arzulayırıq”, – paylaşımda qeyd olunur.

Qeyd edək ki, sabah Azərbaycanın Müstəqilliyin Bərpası Günüdür. 1991-ci il oktyabrın 18-də o zamankı Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

Bu il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33-cü ili tamam olur.

Exit mobile version