Bu barədə kitabın müəllifi Xəlil Muxtari məlumat yayıb.
Onun sözlərinə görə, nazirliyin yerli nümayəndəliyi kitabın adının farsca olmasını, mətndə türk dili ifadəsi yerinə “azəri dili” sözünün yazılmasını tövsiyə edib.
“Bicar Gərus bölgəsində yaşayan türklərin arasında işlədilən ata sözlərinin toplanmasına iki il vaxt qoydum, 2 min ata sözünü toplayıb kitab halına gətirdim. Kitabın redaktorluğunu tanınmış azərbaycanlı yazıçı və tədqiqatçı Əli Məhəmməd Bayati edib və çapa hazırlanmasına yardım edib. Ancaq İrşad və Mədəniyyət Nazirliyi kitabın adının türkcə olduğunu və mətndə türk dili sözününün işlədilməsini bizə irad tutdu, kitaba farsca ad seçilməsi, “türk dili” sözünün “azəri dili” sözü ilə əvəzlənəcəyi təqdirdə çap icazəsi verilə biləcəyini bildirdi”, – deyə Muxtar Xəlili yazıb.
Qeyd edək ki, Gərus (Bicar Gərus) Kürdüstan əyalətində türklərin kompakt yaşadıqları tarixi bölgədir