Yerli vaxtla saat 19:30-da Təbrizin “Səhənd” (Yadiqari imam) stadiolunda keçirilib.
Stadiona toplaşan on minlərlə “Traxtur” tərəfdarı komandalarının alqışlamaqla yanaşı milli şüarlar səsləndiriblər.
“Türk dilində mədrəsə, olmalıdır hər kəsə”, “Azərbaycan qızları, göylərin ulduzları”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Yel yatar, tufan yatar, yatmaz Traxtur nayrağı”, “Yaşasın Azərbaycan” və başqa bu kimi şü2arlar səsləndiriblər.
Qeyd edək ki, qarşılaşmanın ilk hissədə hesabda önə keçməsinə baxmayaraq, Təbriz klubu son dəqiqələrdə qələbəni əldən verib və oyun 1-1 hesabı ilə başa çatıb.
Bu heç-heçədən sonra xallarının sayını 40-a çatdıran “Traktor” üçüncü pillədə qərarlaşıb. “İstiqlal” 47 xalla birinci, “Persepolis” isə 46 xalla ikinci pillədədir.