Azərbaycanİran

“Traxtur” komandasının yarışında milli şuarlar səsləndirilib

Dünən Güney Azərbaycanın “Traxtur” klubu İran Premyer Liqasının ikinci həftəsinin oyunları çərçivəsində Tehranın “Perspolis” komandasını qəbul edib.

Təbrizin Səhənd stadionunda tərəfdarlar Ana dilində məktəb tələbi ilə şüarlar səsləndirirlər:

“Türk dilində mədrəsə, olmalıdır hər kəsə!

Həmçinin “Yaşasın Azərbaycan!” və digər milli şüarlar səsləndirilib.

Yarış avqustun 22-i yerli vaxtla axşam saat 20:00-da Təbrizin Səhənd stadionunda keçirilib.

Gərgin keçən qarşılaşma 1-1 hesabı ilə nəticələnib.

“Traxtur”un qolu oyunun 59-cu, “Perspolis”in qolu isə 87-ci dəqiqəsində qeydə alınıb.

Related Articles

Bir cavab yazın

Back to top button