İdman

“Traxtur” klubu: “Mediada şəxsi maraqlara son qoyun”

Azərbaycanın “Traxtur” klubunun yayınladığı bildirişdə İrandakı radio və televizyon siyasətini intiqad edib. Burada “Traxtur”un qəhrəmanlığının milli radio-televizyon aparıcılarının maraq çərçivəsində olmadığı vurğulanıb. “İllərlə mediada nəzarətin olmaması idman sahəsi aparıcılarının istədiklərini açıqca irəli sürmələrinə səbəb olub. Bildirək ki, milli media millətin büdcəsi ilə maliyyələşir. Ancaq televizyon aparıcıları öz maraqlarını danmadan ortaya qoyurlar. Onlar qəhrəman olan timə sayqı göstərmək əvəzinə onun dəyərlərini aşağılamağa çalışırlar. Bu isə bir başa izləyiciyə tohin etmək deməkdir. Radio və Televiziyon Təşkilatının rəisi bilməlidir ki, bu təşkilatın idman verlişlərinin izləyicilərinin sayı gündən-günə azalır. Millət, milli TV-nin adını “mili TV”  olaraq səsləndirir”,-deyə bildirişdə bəyan edilib.

Related Articles

Bir cavab yazın

Back to top button