Futbol üzrə Asiya Çempionlar Liqində növbəti turun oyunları keçirilib.
Təbrizin “Traxtur” klubu septambrın 14-də Təbriz vaxtilə saat 20:30-da Qətərin “Casim Bin Həmd” stadionunda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” timi ilə qarşılaşıb.
Hesabı 11-ci dəqiqədə “Əl-Nəsr” timi açıb. Yaxşı oyun nümayiş etdirsə də, təbrizlilər hesabı bərabərləşdirə bilməyib. Oyun bu hesabla da başa çatıb.
Bu yenilgidən sonra “Taxtur” Çempionlar Liqi ilə vidalaşıb.
Qeyd edək ki, futbol təhlilçiləri Qətərin “Casim Bin Həmd” stadionunda keçirilən qarşılaşmada “Traxtur”un oyununu yüksək qiymətləndiriblər.