
ABŞ Prezidenti Donald Trampın məsləhətçisi, Ticarət və Sənaye Siyasəti Ofisinin direktoru Peter Navarro siyasi fəaliyyətində qanunu pozmaqda günahlandırılıb.
Bu məqsədlə Müstəqil Xüsusi Prokurorluq Peter Navarronun rəsmi səlahiyyətlərindən istifadə edərək 2020-ci il prezident seçkilərinin nəticələrinə müdaxilə etmək və ya təsir göstərmək üçün qanunu pozduğuna dair bir qərar verib.
Qərara görə, Navarro siyasi şərhlər verməklə 1939-cu il tarixli “Hatch” Aktını pozub.
Qeyd edək ki, bu akt prezident və vitse-prezident xaricində vəzifəli şəxslərin müəyyən siyasi fəaliyyətlərini qadağan edir.