Dünya

Trampdan koronavirus peyvəndi ilə ilgili açıqlama

Amerikada COVID-19 vaksəni bir neçə həftə sonra hazır ola bilər. Bu barədə Amerika prezidenti Donald Tramp ABC telekanalına bildirib. “Ola bilsin, əvvəlki hakimiyyətə vaksəni almaq üçün illər lazım gələrdi. Amma onu almaq üçün bizim bir neçə həftəmiz qaldı. Bu, üç-dörd həftə ola bilər”, – deyə prezident bəyan edib. Bildirək ki, Amerika daha əvvəl İngiltərə-İsveç davadüzəltmə şirkəti “AstraZeneca”ya vaksənin hazırlanması üçün 1,2 milyard Amerika dolları ayırıb. Bundan əlavə, Vaşinqton rəhbərliyi Amerikanın “Moderna” bioteknoloji şirkətinə 486 milyon, “Johnson & Johnson“ davadüzəlmə şirkətinə isə 456 milyon Amerika dolları ayırıb. “Merck” və “Pfizer” şirkətləri də eyni vaxtda Amerikada koronavirus vaksəni hazırlayırlar. Ağ Evin məlumatına görə, ölkə rəhbərliyi bu tərhlərə ümumilikdə 12 milyard Amerika dolları sərmayə qoyub.

Related Articles

Bir cavab yazın

Back to top button