Bu sözləri keçmiş ABŞ prezidenti Donald Tramp özünə məxsus “Truth Social” sosial şəbəkəsində qeyd edib.
“Hansı şəxs başqa bir şəxsi, tarixdə mövcud olan hər hansı prezidentdən daha çox səs toplamış ABŞ-ın keçmiş prezidentini və Respublikaçılar Partiyasından sözsüz ki, əsas namizədi törətmədiyi cinayətdə ittiham edə bilər? Bir halda ki, hər hansı cinayətin törədilmədiyi hər kəsə məlumdur. O da məlumdurmu ki, belə bir saxta ittihamın gətirəcəyi ölüm və dağıntılar ölkəmiz üçün katastrofik ola bilər? Kim və niyə belə bir şey etsin? Yalnız ABŞ-yə ürəkdən nifrət edən, degenerativ psixopat!”, – deyə Tramp qeyd edib.