Dünya

Trampdan ciddi XƏBƏRDARLIQ – “Məni ittiham etsələr, ölkədə ölüm və dağıntılara səbəb ola bilər…”

“Mənə qarşı ittiham irəli sürülərsə, bu, ölkədə ölüm və dağıntılara səbəb ola bilər”.

 Bu sözləri keçmiş ABŞ prezidenti Donald Tramp özünə məxsus “Truth Social” sosial şəbəkəsində qeyd edib.
“Hansı şəxs başqa bir şəxsi, tarixdə mövcud olan hər hansı prezidentdən daha çox səs toplamış ABŞ-ın keçmiş prezidentini və Respublikaçılar Partiyasından sözsüz ki, əsas namizədi törətmədiyi cinayətdə ittiham edə bilər? Bir halda ki, hər hansı cinayətin törədilmədiyi hər kəsə məlumdur. O da məlumdurmu ki, belə bir saxta ittihamın gətirəcəyi ölüm və dağıntılar ölkəmiz üçün katastrofik ola bilər? Kim və niyə belə bir şey etsin? Yalnız ABŞ-yə ürəkdən nifrət edən, degenerativ psixopat!”, – deyə Tramp qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button